Android 4.2.2 və Android 5.0 versiyalarına hansı Samsung modelləri yenilənəcək?

Samsung JB

Hər yeni flaqmanın təqdim olunması, onun satışa nə vaxt çıxması bir o qədər maraqlıdırsa, eləcə də Android versiyaların təqdim olunması və digər modellərə yayılması da elə o qədər maraqlıdır. Sammmobile portalının aldığı yeni məlumatda, hansı Samsung modellərinin Android 4.2.2 və təqdim olunması gözlənilən Android 5.0 versiyasına yenilənməsi şayəsi yayılıb.

Android 4.2.2 və Android 5.0 versiyasına yenilənəcək (ehtimal edilən) modellər:

Android 4.2.2

  • GT-I9080 – Galaxy Grand
  • GT-I9082 – Galaxy Grand DUOS
  • GT-I8160 – Galaxy Ace 2
  • GT-I8190 – Galaxy S III mini
  • GT-I8350 – Galaxy Beam
  • GT-I8730 – Galaxy Express
  • GT-I9070 – Galaxy S Advance
  • GT-I9100 – Galaxy S II
  • GT-I9105 – Galaxy S II Plus
  • GT-I9260 – Galaxy Premier
  • GT-N7000 – Galaxy Note
  • GT-S6310 – Galaxy Young
  • GT-S6312 – Galaxy Young DUOS
  • GT-S6810 – Galaxy Fame
  • GT-S7710 – Galaxy X Cover 2

Android 5.0

  • GT-I9300 – Galaxy S III
  • GT-I9305 – Galaxy S III LTE
  • GT-I9500 – Galaxy S 4
  • GT-I9505 – Galaxy S 4 LTE
  • GT-N5100 – Galaxy Note 8.0
  • GT-N5105 – Galaxy Note 8.0 LTE
  • GT-N5110 – Galaxy Note 8.0 Wi-Fi
  • GT-N7100 – Galaxy Note II
  • GT-N7105 – Galaxy Note II LTE
  • GT-N8000 – Galaxy Note 10.1
  • GT-N8005 – Galaxy Note 10.1 LTE
  • GT-N8010 – Galaxy Note 10.1 Wi-Fi

Android 4.2.2 versiyasına yenilənəcək olan modellərin, yenilənəcəyi son rəsmi versiya olacağı söylənilir. Bundan başqa, sonrakı versiyanın, Android 5.0 olması da dəqiq deyil. Amma, bu versiyaya yenilənəcək modellərin adı yayımlanıb. Onsuz da, təqribi bilmək olardı ki, son təqdim olunan və flaqman modellər yeni versiyaya yenilənəcəklər.

P.S. Siyahıda bir çox modellər var. Modellər arasında, maraq kəsb edənlərdən -2011-ci ilin flaqmanı Galaxy S II və phablet Galaxy Note’dur. Bu modellər, Android 2.3 – Android 4.0 – Android 4.1 və sonda Android 4.2 versiyasına yenilənən, (yenilənsə) az modellərdəndir. Samsung, bu və digər modelləri yeniləyəcəksə, doğurdan da alqışa layiq addımdır.

Amma, dönə-dönə qeyd etmək istəyirik ki, bu xəbəri görüb, gönül rahatlığı ilə oturmasınlar. Çünki, bu məlumatlar təsdiqlənməyib, şayədir. Samsung, həm də dəyişiklər edə, modellərin sayını azalda və çoxalda bilər..

 
Facebook beğen
 
 
Bugün 3 ziyaretçi (4 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol