Samsung Galaxy Grand 2 modelini təqdim etdi

Galaxy Grand 2

Samsung, keçən ilin dekabr ayında böyük ekran və iki sim kartlı smartphone sevənlər üçün Galaxy Grand Duos modelini təqdim etmişdi. İllər keçdikcə, daha da böyük ekran və güclü prosessorlarla smartphone’ların təqdim edilməsi bu modelin növbəti seriyasının təqdim edilməsinə gətirib çıxartdı. Samsung Galaxy Grand 2 modelini təqdim etdi.

Samsung Galaxy Grand 2 modelinin daha geniş xüsusiyyətləri barədə:

  • Şəbəkə: 2G, 3G
  • Ölçülər: 146.8 x 75.3 x 8.9 mm
  • Çəki: 163 qr
  • Platforma: Android 4.3 Jelly Bean
  • Prosessor: Dördnüvəli 1.2 GHz
  • Ekran: 5.25 inç HD TFT ekran (1280 x 720 piksel), TouchWiz UX
  • Kamera: əsas kamera – 8 MP Full HD çəkiliş (1080p), ön kamera – 1.9 MP HD
  • RAM: 1.5 GB
  • GPU: ——–
  • Rəng: Ağ, Qara, Çəhrayı
  • Yaddaş: 8 GB daxili yaddaş, microSD kard dəstəyi var (64 GB qədər)
  • Əlavələr: WiFi a/b/g/n, BT4.0, GPS + Glonass, USB 2.0, 3.5mm audio çıxış, ChatON, Samsung Hub, S Health, Group Play, S Travel, S Translator, Samsung Link, Story Album və digərləri
  • Batareya gücü: Li-Ion 2600 mAh

P.S. Galaxy Grand 2, əvvəlki modelə nisbətən daha yaxşıdır. Həm ekranın daha böyük və HD olması, dördnüvəli prosessorla, 1.5 GB RAM və daha çox batareya enerjisi ilə təchiz olunması üstün sayıla bilər. Həm də Galaxy S4 və Note 3 modellərinin dizaynına oxşar olması da üstün cəhət kimi qeyd oluna bilər. Note 3 modelində olduğu kimi, arxa korpusu dəridir. Qiyməti və satışa çıxması barədə məlumat olmasa da, baha olmayacağı dəqiqdir..

 
Facebook beğen
 
 
Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol